...

AĞASƏLİM MİRCAVADOV: "ÇEMPİONATDA QƏLƏBƏ UĞRUNDA MÜBARİZƏ HƏLƏ QARŞIDADIR"

Cəmiyyət Materials 13 Sentyabr 2005 15:42 (UTC +04:00)

"Turnir cədvəlində birinci sıraya çıxmaq bizi sevindirir, amma unutmaq olmaz ki, qızıl medal uğrunda mübarizə hələ indi başlayır". "Neftçi"nin birincilik qazanmasını şərh edərkən komandanın baş məşqçisi Ağasəlim Mircavadov bu barədə Trend ə bildirib.

Məşqçi hesab edir ki, hələlik liderlik haqqında danışmaq tezdir.O, qeyd edib ki, onun oyunçuları nəticələri heç də asan əldə etmir.Buna misal olaraq MOİK-ə qarşı 1:0 hesablı qələbə ilə başa çatan oyunu göstərmək olar.

"Bəzi klublar hələlik öz oyunlarının axtarışındadır və hələlik öz potensiallarını tamamilə nümayiş etdirməyib.Çempionatın intriqası hələ qarşıdadır" -deyə A.Mircavadov öz qənaətini bildirib.

Xatırladaq ki, dörd oyunun yekununa əsasən, "Neftçi" on xal toplayıb və "Turan"ı yalnız ən yaxşı vurulan topların fərqinə görə qabaqlayır.
"

Xəbər lenti

Xəbər lenti