...

AZƏRBAYCAN GİMNASTLARI "BOSFOR KUBOKU"NDA ÇIXIŞ EDİB

Cəmiyyət Materials 13 Sentyabr 2005 15:57 (UTC +04:00)

Azərbaycanın cimnastlardan ibarət komandası öz beynəlxalq təcrübəsini İstambulda başa çatan "Bosfor kuboku" turnirində artırıb.

Milli Federasiyada Trend ə bildirilib ki, yarışda respublikanı iki idmançı -Şakir Şıxəliyev və Fərid Ağazadə təmsil edib. Qırx gimnast arasında Ş.Şıxəliyev 34.2 xal toplayaraq iyirmi səkkizinci yeri tutub, F.Ağazadə isə (30.1 xal) otuzuncu yeri tutub.

İdmançılar yekun cədvəldə Yunanıstan, Misir, Makedoniya, İndoneziya və Türkmənistan nümayəndəəlrini ötüblər.Qaliblər isə özbək, türk və suriyalı gimnastlar olub.

Səid Səlimov yeniyetmə qrupları arasında kiçik dünya çempionatı adlandırılan tamblinq üzrə keçirilən XIII Beynəlxalq yarışlarda iştirak edəcək. Turnir 19-24 sentyabrda Eyndxovendə keçiriləcək.Püşkatmaya əsasən, bizim gimnastımız otuz səkkiz iştirakçı arasında on beş nömrədir.

Xəbər lenti

Xəbər lenti