...

MOSKVANIN VƏ BÜTÜN RUSİYANIN PATRİARXININ AZƏRBAYCANA SƏFƏRİNDƏ BƏYANNAMƏ İMZALANACAQ

Cəmiyyət Materials 13 Sentyabr 2005 17:03 (UTC +04:00)

Sentyabrın 14-15-də Moskvanın və Bütün Rusiyanın Patriarxı II Aleksinin Azərbaycana səfərində bəyannamə imzalanacaq.Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin mətbuat xidmətinin rəhbəri Akif Ağayev bildirib.

Səfər Azərbaycan prezidenti İlham Əliyev və QMİ sədri şeyxulislam hacı Allahşükür Paşazadənin dəvəti ilə həyata keçiriləcək. Patriarx sentyabrın 14-də xüsusi reyslə yerli vaxtla saat 14.00-da Bakıda olacaq.

Səfər proqramına Şəhidlər Xiyabanının və keçmiş prezident Heydər Əliyevin qəbrinin ziyarəti daxildir.Sentyabrın 15-də saat 12.00-da Patriarxın QMİ sədri hacı Allahşükür Paşazadə ilə onun iqamətgahında görüşüğ təyin edilib və sonda mətbuat konfransı keçiriləcək.

Dini lider prezident İ.Əliyev və Azərbaycanda fəaliyyət göstərən dini konfensyiaların liderləri ilə də görüşməyi planlaşdırır.

II Aleksi həmçinin şeyxulislamı bu vəzifəyə seçilməsinin 25 illik yubileyi münasibətilə də təbrik etmək niyyətindədir.Səfər proqramına həmçinin Bakının kilsələrindən birində ibadət də daxildir.

Xatırladaq ki, bu, patriarxın Azərbaycana ikinci səfəridir.O, ilk dəfə Azərbaycanda 2001-ci ilin mayında olub.

Xəbər lenti

Xəbər lenti