...

10 ÖLKƏNİN YIĞMA KOMANDALARI MDB SPARTAKİADASINDA İŞTİRAK ETMƏK ÜÇÜN BAKIYA GƏLƏCƏK

Cəmiyyət Materials 14 Sentyabr 2005 13:52 (UTC +04:00)

MDB-nin 10 ölkəsinin idmançıları sentyabrın 24-də Bakıda keçiriləcək spartakiadada iştirak edəcəklər.

Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Raqif Abbsovun Trend ə verdiyi məlumata görə, Bakıya Rusiya, Ukrayna, Belorus, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Qırğızıstan, Tacikistan, Moldova və Türkmənistan yığmaları gələcək.

Yarış sahibləri nəzərə alınmamaqla, ümumilikdə komandalarda iştirakçıların sayı 400 nəfərdir.

Qeyd etmək lazımdır ki, hakimlər kollegiyasına təyyarəçi-kosmonavt, iki dəfə Sovet İttifaqı qəhrəmanı Aleksey Leonov rəhbərlik edəcək.

Xəbər lenti

Xəbər lenti