...

UEFA-NIN İNSPEKTORU ASİM XUDİYEV DÜNYA ÇEMPİONATININ SEÇMƏ OYUNUNA TƏYİN EDİLİB

Cəmiyyət Materials 14 Sentyabr 2005 14:49 (UTC +04:00)

UEFA-nın inspektoru Asim Xudiyev sentyabrın 29-da Varşavada dünya çempionatının qadınlar arasında keçirilən seçmə oyununa təyinat alıb.

A.Xudiyev Trend ə bildirib ki, ilkin olaraq Avropa Futbol İttifaqı onu UEFA-nın Kubok oyunlarından birinə göndərmək istəyirdi, amma sonra öz qərarını dəyişdi.

Bununla da Azərbaycandan olan keçmiş referi öz birbaşa öhdəlikləri ilə yanaşı görüşün komissarı rolunu icra edəcək.Buna görə də oyun onun üçün ikitərəfli məsuliyyət daşıyır.Artıq məlumdur ki, oyuna Rumıniya hakimləri briqadası idarə edəcək.

Qeyd etmək lazımdır ki, həmin təyinat A.Xudiyev üçün hazırkı mövsümdə artıq dördüncüdür.Bundan öncə o, İntertoto Kubokunun ikinci kvalifikasiya mərhələsinin birinci oyununu - "Dinamo" (Kiyev) - "Tyun" və 2006-cı il dünya çempionatının Gürcüstan-Ukrayna seçmə oyununu idarə edirdi.

Xəbər lenti

Xəbər lenti