...

MDB ÖLKƏLƏRİNİN BAKIDA KEÇİRİLƏCƏK SPARTAKİADA PROQRAMINA 10 İDMAN NÖVÜ DAXİL EDİLİB

Cəmiyyət Materials 15 Sentyabr 2005 11:04 (UTC +04:00)

MDB ölkələrinin sentyabrın 24-də Bakıda keçiriləcək Spartakiada proqramına 10 idman növü daxil edilib.

Gənclər, İdman və Turizm Nazirliyinin məbuat xidmətinin rəhbəri Raqif Abbasovun Trend ə xəbər verdiyi kimi, idmançılar kəndir dartma, voleybol, üzgüçülük, stolüstü tennis, badminton, daşoynatma, atletika, dartse, stritbol və mini basketbol idman növləri üzrə mükafat qazanmaq uğrunda mübarizəyə qoşulacaqlar. Sonuncu üç idman növü proqrama ilk dəfə daxil edilir.

R.Abbasov, həmçinin, onu da qeyd edib ki, yarışlar Bakının müxtəlif idman arenalarında keçiriləcək. Spartakiadanın təntənəli açılış mərasimi isə sentyabrın 24-də İdman Sarayında olacaq.

Xəbər lenti

Xəbər lenti