...

BEYNƏLXALQ QIRMIZI XAÇ KOMİTƏSİ BDU-NUN TƏLƏBƏLƏRİ ÜÇÜN HUMANİTAR HÜQUQ ÜZRƏ MÜSABİQƏ KEÇİRƏCƏK

Cəmiyyət Materials 15 Sentyabr 2005 14:16 (UTC +04:00)

Beynəlxaq Qırmızı Xaç Komitəsi noyabrın 10-13-də Bakı Dövlət Universitetinin tələbələri üçün humanitar beynəlxalq hüquq üzrə ikinci müsabiqə keçirməyi planlaşdırır. BQXK-nın Bakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, müsabiqə beynəlxalq hüquq, hüquq və beynəlxalq münasibətlər fakultəsinin tələbələri üçün keçiriləcək.

Müsabiqənin qalibləri BHH-yə dair suallara verilən cavablara əsasən məlum olacaq. Müsabiqəyə qədər BQXK və yerli mütəxəssislər BHH-nin aktual problemlərinə dair təqdimat keçirəcəklər ki, bu da tələbələrə mövcud vəziyyətlə tanış olmaq imkanı verəcək. İştirakçılar silahlı münaqişələr zamanı nəzəri vəziyyət üzrə qərar qəbul etməlidirlər. Yerli və xarici nümayəndələrdən ibarət münsiflər heyəti isə qalib komandanı və ən yaxşı natiqi müəyyən edəcək.

BQXK BDU-nun tələbələrini bu proqramda fəal iştirak etməyə və oktyabrın 10-na kimi öz ərizələrini verməyə dəvət edir.

Xəbər lenti

Xəbər lenti