...

ŞAHMAT ÜZRƏ DÜNYA ÇEMPİONATININ İLK TURU OYNANILIB

Cəmiyyət Materials 15 Sentyabr 2005 15:42 (UTC +04:00)

Çernoqoriyada oğlan və qızlar arasında başlamış şahmat üzrə Avropa çempionatında ilk tur oynanılıb. Trend Avropa Çempionatının rəsmi saytına istinadən bildirir ki, Azərbaycan komandasının tərkibində mövcud dəyişikliklər baş verib.

10 yaşlı oğlanlar arasında Ş.Orucovun yerinə M.Məmmədov çıxış edir.Eyni zamanda qızlar arasında Ülviyyə Fətəliyeva və İzzət Rəhimli çıxış etmir. 14 yaşınadək oğlanlar arasında Ayaz Məmmədov, Sənan Quliyev və Zakir Tağızadə oynamır.

Buna baxmayaraq ölkəmizi çox güclü istedadlı şahmatçı olan Eltac Səfərli, 16 yaşınadək oğlanlar arasında isə E.Qurbanzadə təmsil edir. Qrossmeyster Rauf Məmmədov da turnirə getməyib. 18 yaşadək şahmatçılar arasında ölkəmizi heç kim təmsil etmir.

İlk turda aşağıdakı nəticələr qeydə alınıb:

10 yaşadək oğlanlar M.Məmmədov qalib gəlib, U.Bacarani və S.Rədhimli heç-heçə, N.Abbasov məğlub olub.

- qızlar - S.İbrahimova qalib gəlib, A.Xocatova uduzub.

12 yaşadək oğlanlar --B.Rzayev qalib gəlib, S.Kərimov, R.Sarıyev və P.Məmmədli uduzub.

- qızlar - X.Abdulova qalib gəlib.

14 yaşadək oğlanlar - E.Səfərli və V.Durarbəyli qalib gəlib,

- qızlar - X.Vəliyeva və X.Zeynalova qalib gəlib, A.Bəxtiyarlı uduzub.

16 yaşadək oğlanlar - Ş.Həsənov qalib gəlib, E.Qurbanzadə heç-heçə,

- qızlar - S.Hüseynova qalib gəlib, A.Ağayeva heç-heçə oynayıb.

18 yaşadək oğlanlar - O.Abdulov məğlub olub.

Xəbər lenti

Xəbər lenti