...

"SƏRHƏDSİZ HƏKİMLƏR" AZƏRBAYCANIN ŞİMALİ-QƏRB RAYONLARINDA APARILMIŞ İŞLƏRİN NƏTİCƏLƏRİNİ YOXLAYACAQLAR

Cəmiyyət Materials 16 Sentyabr 2005 12:56 (UTC +04:00)

"Sərhədsiz həkimlər" beynəlxalq humanitar təşkilatının mütəxəssisləri Azərbaycanın şimal-qərb rayonlarında boğz şişindən əziyyət çəkən xəstələrin müayinəsi və müalicəsi üzrə bu vaxta qədər görülmüş işlərin nəticələrini yoxlayacaqlar.

Yunanıstanın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, 15 nəfərdən ibarət nümayəndə heyətinə daxil olan həkim və mütəxəssislər Azərbaycana oktyabrın 3-də gələcəklər.

Onlar Şəki, Zaqatala, Qax və Oğuz rayonlarına səfər edərək, bu xəstəlikdən əziyyət çəkən və təşkilatın xüsusi proqramları çərçivəsində müxtəlif tibbi yardımın göstərildiyi yerli əhalini müayinə edəcəklər. Xəstələrə pulsuz dərmanlar paylanacaq.

Xatırladaq ki, "Sərhədsiz həkimlər" beynəlxalq humanitar təşkilatı 1999-cu ildən tibbi yardıma ehtiyacı olan az təminatlı şəxslərə yardım göstərir. Təşkilatın proqramının həyata keçirilməsi çərçivəsində Azərbaycanda min uşaq və yaşlı adamlara müxtəlif tibbi yardım göstərilib.

Xəbər lenti

Xəbər lenti