...

ŞƏHRİYAR MƏMMƏDYAROV YARIMFİNALDA MƏĞLUB OLUB

Cəmiyyət Materials 19 Sentyabr 2005 10:32 (UTC +04:00)

Lozannada gənc qrossmeysterlərin turnirində şahmatçımız Şəhriyar Məmmədyarov yarımfinalda məğlub olub. Trend in xəbər verdiyi kimi, birinci partiyada uduzan Şəhriyar ikinci partiyada qalib gəlib.

Tay-breki matçında o, yapon mənşəli amerikalı H.Nakamuraya məğlub olsa da, ikinci matçda rəqiblər heç-heçə oyanıblar.

Beləliklə, yarımfinalda 1.5 : 2.5 hesabı ilə məğlub olan şahmatçımız yalnız 3-cü və 4-cü yerlər uğrunda oynamaq hüququ əldə edib.

Onun rəqibi hindistanlı qrossmeyster P.Harikrişna olub. Birinci qarşılaşmada ağ fiqurlarla oynayan Şəhriyar rəqibi ilə heç-heçə oynayıb.

Ukraynalı A.Volokitin v ə H.Nakamuranın qarşılaşdığı final matçında ukraynalı şahmatçı birinci partiyada qalib gəlib.

Xəbər lenti

Xəbər lenti