...

BAKIDA BEYNƏLXALQ İSLAM KONFRANSI KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 19 Sentyabr 2005 13:04 (UTC +04:00)

Sentyabrın 20-21-də Bakıda Beynəlxalq İslam Konfransı (BİK) keçiriləcək. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib.

Elmi konfransın iclası "Tural" şadlıq evində keçiriləcək. Onun işində Azərbaycan nümayəndələri ilə yanaşı, Rusiya (Şimali Qafqaz), İran, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Türkiyənin nümayəndə heyətləri iştirak edəcək.

Nümayəndələr heyətinin tərkibində həm din strukturlarının nümayəndələri, həm də alimlər daxildir. Konfransda islam dünyasının aktual problemləri, dinlərarası əməkdaşlıq məsələləri və son elmi nailiyyətlər müzakirə olunacaq.

Forumda Azərbaycan nümayəndə heyətinə QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə rəhbərlik edəcək.

Xəbər lenti

Xəbər lenti