...

SƏRBƏST GÜLƏŞ ÜZRƏ AZƏRBAYCAN YIĞMASININ DÜNYA ÇEMPİONATINDAKI TƏRKİBİ AÇIQLANIB

Cəmiyyət Materials 19 Sentyabr 2005 17:29 (UTC +04:00)

Sərbəst güləş üzrə Azərbaycan yığmasının məşqçi qərargahı sentyabrın 26-da Budapeştdə keçiriləcək dünya çempionatında iştirak edəcək komandanın tərkibini açıqlayıb.

Kollektivin baş məşqçisi Yaqub Məmmədovun Trend ə bildirdiyinə görə, komandanın tərkibinə Sidney olimipiya çempionu Namiq Abdullayev (55 kq), Habil İbrahimov (60 kq), Avropa çempionatının finalçısı Elman Əsgərov (66 kq) və Elnur Əliyev (74 kq) daxıldir. "Biz 74 kq çəki dərəcəsinə qədər olan pəhləvanın namizədliyini irəli sürmək qərarına gələrək Elnur üzərində seçim etdik. Onun yaşlılar arasında yarışlarda çıxış etmək üzrə böyük təcrübəsi olmasa da, o, planet birinciliyi uğrunda yarışların qalibi olub", - deyə Y.Məmmədov vurğulayıb.

Qeyd etmək lazımdır ki, Macarıstanda keçiriləcək dünya çempionatı Olimpiadadan sonra birinci böyük başlanğıc olacaq.

Xəbər lenti

Xəbər lenti