...

TƏHSİL ÜZRƏ KOMİSSİYANIN ƏSAASNAMƏSİ PREZİDENTƏ TƏQDİM OLUNUB

Cəmiyyət Materials 21 Sentyabr 2005 12:47 (UTC +04:00)

Azərbaycan prezidenti yanında təhsil üzrə komissiyanın Əsasnaməsi baxılmaq üçün dövlət başçısına təqdim olunub. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

Layihə Nazirliyin ekspertləri tərəfindən komissiyanın üzvlərinin təklifləri nəzərə alınmaqla hazırlanıb. Sənəd artıq Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsi tərəfindən təsdiq edilib. Bundan başqa, layihənin hazırlanmış variantı rəy bildirilmək üçün komissiyanın üzvlərinə göndərilib.

Qeyd edək ki, Azərbaycan prezidentinin Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin sədrliyi altında komissiyanın yaradılması barədə fərmanından sonra komissiyanın yalnız bir iclası keçirilib.

Burada təhsilin inkişafı ilə bağlı strateji məsələlərin öyrənilməsi üçün işçi qrupun yaradılması, eləcə də Azərbaycanın ümumavropa ali təhsil məkanına inteqrasiyası problemləri və Boloniya prosesinə qoşulması və müvafiq materialların komissiyaya təqdim olunması barədə qərar qəbul edilib.

Hazırda Nazirlikdə ölkədə təhsil sisteminin təkmilləşdirilməsi üzrə yeni təkliflər hazırlanır.

Xəbər lenti

Xəbər lenti