...

KORRUPSİYA İLƏ MÜBARİZƏYƏ HƏSR OLUNAN KONFRANS KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 21 Sentyabr 2005 16:12 (UTC +04:00)

"Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (AGHB) ATƏT-in yerli icraçı partnyoru qismində sentyabrın 22-də Sumqayıt şəhərində korrupsiya ilə mübarizəyə həsr olunmuş konfrans keçirəcək".Bu barədə Trend ə AGHB-nin mətbuat xidmətindən məlumat daxil olub.

Sumqayıt şəhər S.Vurğun küçəsində yerləşən Xəzər Səhmdar Cəmiyyətinin konfrans zalında keçiriləcək tədbirdə yerli icra strukturlarının nümayəndələri, hüquq-mühafizə orqanları ilə yanaşı ATƏT-in səfiri Maurizio Pavesi də iştirak edəcək.

Tədbirdə bir sıra qeyri-hökumət təşkilatları rəhbərləri ilə yanaşı Respublika Baş Prokurorluğunun nümayəndəsi "Prokurorluq korrupsiyaya qarşı mübarizə aparan əsas orqandır" adlı məruzə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti