...

AZƏRBAYCANIN "KLASSİKLƏRİ" DÜNYA ÇEMPİONATINDA TƏMSİL OLUNMAYACAQLAR

Cəmiyyət Materials 21 Sentyabr 2005 17:12 (UTC +04:00)

Azərbaycanın yunan-Roma güləşi üzrə yığması gələn həftə başlayacaq dünya çempionatında ağır çəki dərəcələrində təmsil olunmayacaqlar.

Milli komandanın baş məşqçisi Elçin Cəfərovun Trend ə verdiyi məlumata görə, bu gün kollektiv titullu rəqiblərlə real rəqabət aparmağa qadir olan ağır çəkili idmançılara malik deyil. "Bununla əlaqədar, son zamanlar müəyyən uğurlar əldə etmiş yüngül və orta çəkili idmançılarımıza arxalanırıq. Olimpiya çempionu Fərid Mənsurovun Macarıstanda çıxış edə bilməməsinə baxmyaraq, bizim uşaqlarımıza müəyyən ümidlər bəsləyirik", - deyə mütəxəssis qeyd edib.

E.Cəfərov həmçinin hesab edir ki, F.Mənsurovu hələlik Avropa birinciliyinin qalibi Vitali Rəhimov əvəz edir.

Xəbər lenti

Xəbər lenti