...

DİNİ QURUMLAR SPİD-Ə QARŞI TƏDBİRLƏR GÖRMƏK NİYYƏTİNDƏDİR

Cəmiyyət Materials 22 Sentyabr 2005 15:53 (UTC +04:00)

Sentyabrın 21-22-də Bakıda "SPİD-ə qarşı din" mövzusuna həsr olunmuş seminar keçirilib. Tədbir Azərbaycanın dini qurumlarla iş üzrə dövlət komitəsi və BMT-nin inkişaf proqramı tərəfindən təşkil olunub.

Hesabla artıq 12-ci olan seminarda dini icmalar birliyinə daxil olan qurumların nümayəndələri iştirak ediblər. Həmin mövzu üzrə üçillik tədbirlər planı hazırlanıb. Proqram 2006-cı ilin martından etibarən fəaliyət göstərəcək və ölkənin bütün regionlarını əhatə edəcək.

İş planı iki ay bundan əvvəl Bakıda keçirilmiş beynəlxalq simpoziumda "model proqram" kimi qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti