...

ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİTONATININ SONUNA İKİ TUR QALIR

Cəmiyyət Materials 22 Sentyabr 2005 16:23 (UTC +04:00)

Çernoqoriyada keçirilən oğlanlar və qızlar arasında şahmat üzrə Avropa Çempionatında 7-ci turun partiyası oynanılıb. Trend in məlumatına görə, O10 kateqoriyasından olan Ülvi Bacarani lider olmağa daha yaxındır. Belə ki, onun 6 xalı var və 2-3 yerləri bölüşür və liderdən cəmi 0.5 xal geridə qalır. Bu kateqoriyada N.Abbasov da özmövqeyini yaxşılaşdırıb. Onun 5 xalı var və 5-13-cü yerləri bölüşdürür.

Bu turda E.Səfərli 6 xalla irəlidə olan rusiyalı M.Matlaka uduzaraq büdrəyib. Eltacın 5 xalı var və 6-14-cü yerləri bölüşür.

4.5 xalla 13-20-ci yerləri bğölüşən Ş.Həsənov turnir vəziyyətini yaxşılaşdırıb.

Bu turda Q10 kateqoriyasından S.İbrahimova da bu turda uduzub. İndi o, 5.5 xalla 3-5 yerləri bölüşür.

S.Hüseynova isə 4.5 xalla 12-14-cü yerləri bölüşür.

Xəbər lenti

Xəbər lenti