...

ERMƏNİSTAN MDB ÖLKƏLƏRİNİN I BEYNƏLXALQ OYUNLARINDA İŞTİRAK ETMƏYƏCƏK

Cəmiyyət Materials 23 Sentyabr 2005 16:24 (UTC +04:00)

Ermənistan MDB ölkələrinin sentyabrın 24-27-də Bakıda keçiriləcək I beynəlxalq oyunlarında iştirak etməyəcək.Bu barədə Trend ə AR gənclər, idman və turizm nazirliyinin informasyia şöbəsinin rəisi Raqif Kərimov bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinin təminatına zəmanət verməyib və işğalçı bir ölkənin idmançılarının Azərbaycan ərazisində keçirilən oyunlarda iştirakını mümkün hesab etməyib.

R.Kərimov bildirib ki, Ermənistandan başqa bütün MDB üzvü ölkələri oyunlarda iştirak edəcək.

Xatırladaq ki, yarışlarda idmanın 10 növü üzrə (voleybol, daşoynatma idmanı, darts, atletika, futzal - mini-futbol, stolüstü tennis, üzgüçülük, streetball - mini-basketbol və s.) 10 xarici ölkədən 400 idmançı və Azərbaycandan 800 idmançı iştirak edəcək.İki dəfə Sovet İttifaqı qəhrəmanı, kosmonavt Aleksey Leonovun baş hakim olacağı hakimlər briqadasının başçılığı ilə keçiriləcək spartakiadada medallar uğrunda qadınlar və kişilər (fərdi şəkildə), həmçinin idmançı ailələri mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti