...

OMBUDSMAN İRANLI MƏHBUSUN HÜQUQLARININ TƏMİN OLUNMASINA YARDIM EDİB

Cəmiyyət Materials 23 Sentyabr 2005 16:58 (UTC +04:00)

Azərbaycanın insan haqları üzrə müvəkkili (ombudsman) 4 saylı qadın koloniyasında cəza çəkən İran vətəndaşının hüquqlarının təmin olunmasına köməklik edib. Bu barədə Trend ə ombudsman aparatından xəbər verilib.

Bu yaxınlarda həmin koloniyada olmuş Elmira Süleymanova məhbus qadınların yaşayış şəraiti, onların problemləri ilə tanış olub. Məhbus qadın İranın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşməsinə köməklik göstərməsi xahişi ilə ombudsmana müraciət edib.

E.Süleymanovanın İran səfirliyinə müraciət etməsi nəticəsində diplomatik missiyanın əməkdaşları məhbusla görüşərək ona maddi və mənəvi yardım göstəriblər.

Bu barədə İranın Azərbaycandakı səfiri Əfşar Süleymaninin ombudsmana məktubunda yazılıb.

Səfir iranlı məhbuslara göstərdiyi diqqət və yardıma görə E.Süleymanovaya minnətdarlığını bilidirib.

Xəbər lenti

Xəbər lenti