...

VƏKİL ADİL İSMAYILOV RAMİL SƏFƏROVLA GÖRÜŞÜB

Cəmiyyət Materials 23 Sentyabr 2005 17:37 (UTC +04:00)

Sentyabrın 23-də vəkil Adil İsmayılov erməni zabiti Qurgen Markaryanı qətlə yetirmiş və hazırda Budapeşt həbsxanasında saxlanılan zabitimiz Ramil Səfərovla görüşüb. Bu barədə Trend ə Adil İsmayılov məlumat verib.

Onun sözlərinə görə, Ramil Səfərovun səhhəti normaldır və saxlanma şəraitindən də heç bir narazılığı yoxdur. "Hazırda sentyabrın 27-də başlanması nəzərdə tutulan məhkəməyə ciddi şəkildə hazırlaşır və Ramilin əsas məqsədi etdiyi hərəkətin kökündə dayanan səbəbləri məhkəmə vasitəsilə beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırmaqdır"- deyə vəkil söyləyib.

Adil İsmayılov onu da bildirib ki, bir neçə saatdan sonra Ramilin Budapeştdəki vəkilləri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti