...

GİMNASTLAR BAKIDA DÜNYA ÇEMPİONATINA ÇƏNBƏR VƏ TOPLA ÇIXIŞLARLA BAŞLAYACAQLAR

Cəmiyyət Materials 24 Sentyabr 2005 15:55 (UTC +04:00)

Oktyabrın 3-də Bakıda start götürəcək dünya çempionatını gimnastlar öz çıxışlarına çənbər və topla oyunlarla başlayacaqlar.

Milli Federasiyadan Trend ə erilən məlumata görə, məhz incəliyin bu iki elementi yarışların ilk iki günündə güclüləri müəyyən edəcək. Oktyabrın 5-də və 6-da idmançılar öz ustalıqlarını toppuz və lentlərlə nümayiş etdirəcək və bundan sonra növbə qrup tapşırıqları üzrə komandalara çatacaq. Yarışın 8-ci günü qrup tapşırıqları üzrə komandaların final çıxışları olacaq və bundan sonra çempionatın iştirakçıları üçün qala-konsert veriləcək.

Qeyd etmək lazımdır ki, Azərbaycan yığmasının əsas ümidləri Dinara Gimatova və Anna Qurbanovanın çıxışları ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti