...

AZƏRBAYCAN VOLEYBOLUNUN BÖYÜK UĞURU

Cəmiyyət Materials 26 Sentyabr 2005 11:32 (UTC +04:00)

Xorvatiyada keçirilən qadınlar arasında voleybol üzrə Dünya Çempionatında 3-cü yer uğrunda matçda voleybolçularımız rusiyalı idmançılardan geri qalsalar da, onların tutduğu 4-cü yeri böyük qələbə kimi qiymətləndirmək lazımdır. Trend in xəbər verdiyi kimi, yarımqrupda Almaniya, Serbiya və Çernoqoriya, Xorvatiya və Rumıniyanın təcrübəli komandalarını geridə qoyaraq ikinci yerdə getmək, daha sonra isə dünya çempionu İtaliya və planetin ən güclü komandalarından biri olan Rusiya yığması ilə 3-cü-4-cü yerlər uğrunda yarımfinal oyunları voleybolçularımızın parlaq çıxışlarının nəticəsidir.

Avropa Çempionatında Hollandiya - 5, Türkiyə - 6, Serbiya və Çernoqoriya - 7, Xorvatiya - 8-ci yerdə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti