...

NAZİM İBRAHİMOV MARNEULİDƏ AZƏRBAYCANLI ZİYALILARLA GÖRÜŞƏCƏK

Cəmiyyət Materials 26 Sentyabr 2005 12:04 (UTC +04:00)

Sentyabrın 26-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstan Respublikasına səfərə edib. Trend in məlumatına görə, nümayəndə heyətinin tərkibinə Dövlət Komitəsinin nümayəndələri ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən bir sıra kütləvi informasiya vasitələrinin rəhbərləri və jurnalistlər də daxildir.

Gürcüstana səfərin əsas məqsədi bu ölkədə yaşayan azərbaycanlıların problem və qayğıları ilə daha yaxından tanış olmaq, həmçinin, mövcud problemlərin həlli ilə bağlı Gürcüstanın bir sıra dövlət rəsmiləri ilə müzakirələr aparmaqdan ibarətdir. N.İbrahimov azərbaycanlıların yaşadıqları regionlara baş çəkəcək, eləcə də Gürcüstanın bəzi dövlət rəsmiləri ilə görüşəcək.

Sentyabrın 26-da - səfərin ilk günü Nazim İbrahimov Azərbaycanın Gürcüstandakı səfirliyində olacaq. Səfirliyin nümayəndələri ilə görüşdən sonra Komitə sədri Marneuli rayonuna gedəcək, burada azərbaycanlıların cəmiyyətləri və azərbaycanlı ziyalılarla görüşlər keçirəcək. Jurnalistlər də öz növbəsində soydaşlarımızın problemləri ilə maraqlanacaqlar. Səfər sentyabr ayının 29-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti