...

BUDAPEŞTDƏ SƏRBƏST GÜLƏŞ ÜZRƏ DÜNYA ÇEMPİONATINDA RƏQİBLƏR MƏLUM OLUB

Cəmiyyət Materials 26 Sentyabr 2005 18:02 (UTC +04:00)

Sentyabrın 25-də Budapeştdə başlayacaq sərbəst güloəş üzrə dünya çempionatında Azərbaycan yığmasının rəqibləri məlum olub.

Trend in məlumatına görə, püşatmanın nəticələrinə görə, Sidneydəki Olimpiya oyunları çempionu Namiq Abdullayev (55 kq) 1/32 final yarışında slovakiyalı Roman Kollarla yarışacaq. 60 kq-dək çəki dərəcəsində Abil İbrahimov qahirəli Ömər Əbdülqadirlə, Avropa çempionatının gümüş mükafatçısı Elman Əsgərov isə Belorus idmançısı Albert Bavtrau ilə xalça üzərinə çıxacaq. Hələlik yalnız gənclər arasında dünya birinciliyinin qalibi Elnur Əliyevin rəqibi məlum deyil.

Xatırladaq ki, Budapeştdə sərbəst güləş üzrə proqram başa çatdıqdan sonra yunan-Roma güləşi üzrə çempionat başlayacaq.

Xəbər lenti

Xəbər lenti