...

KLASSİK DÖYÜŞ NÖVÜ ÜZRƏ İDMANÇILARIMIZ VORONEJDƏ 7 MEDAL QAZANIBLAR

Cəmiyyət Materials 27 Sentyabr 2005 12:40 (UTC +04:00)

Yunan-roma döyüşü üzrə Azərbaycan komandası Voronejdə keçirilən beynəlxalq turnirdə iki qızıl, iki gümüş və üç bürünc medal qazanıblar.

Trend in xəbər verdiyi kimi, ən yüksək kürsüyə Orxan Əhmədov (50 kq) və Murad Hüseynov (58 kq) qalxıblar. Fərhad Aydınlı (38 kq) və Səbuhi Nəsrullayev (46 kq) finala çıxsalar da, həlledici anda məğlub olublar. Fərid Ağaverdiyev (50 kq), Elmir Əbdürəhmanov (46 kq) və Əhməd İsmayılov isə bürünc mükafata layiq görülüblər.

Qeyd etmək lazımdır ki, Rusiya, Belorus, Ukrayna və digər ölkələrdən atletlərin iştirak etdikləri yarışda Azərbaycanı "Lokomotiv" idman cəmiyyəti təmsil edirdi. Uğurlu çıxışına görə komanda bu yaxınlarda Lipetskdə keçiriləcək yarışlara dəvət alıb.

Xəbər lenti

Xəbər lenti