...

AZƏRBAYCAN STOKHOLM KONVENSİYASI ÇƏRÇİVƏÇİNDƏ MİLLİ FƏALİYYƏİ PLANININ LAYİHƏSİNİ HAZIRLAYIR

Cəmiyyət Materials 27 Sentyabr 2005 14:07 (UTC +04:00)

Azərbaycan "Davamlı üzvi çirklənmələr barədə" Stokholm konvensiyası çərçivəsində Milli fəaliyyə planının layihəsini hazırlayır. Bu barədə Trend məlumat verib.

Bu istiqamətdə sentyabrın 27-də Bakıda Ekologiya və Təbii ehtiyatlar Nazirliyində bu planın işlənməsi ilə bağlı 3 günlük seminar öz işinə başlayıb. Tədbirdə ekologiya idarəsinin rəhbəri Hüseyn Bağırov, BMT-nin Sənayenin inkişafı Təşkilatının (UNIDO) ekspertləri Valentin İşşenko, Martin Murin, müxtəlif nazirlik və idarələrin, dövləğ komitələrinin, şirkətlərin, elmi -istehsalat birliklərinin və digərlərinin nümayəndələri iştirak edir.

H.Bağırov qeyd edib ki, hazırda Azərbaycanda SSRİ-dən miras qalan ciddi ekoloji problemlər mövcuddur. "Sovetlər Birliyinin dağılmasına qədər ölkənin neft yataqlarından ətrfa mühitin mühafizəsinə riayət olunmadan 1,5 milyard tondan artıq neft hasil edilib. Bunun nəticəsində hazırda Abşeron yarımadasındakı 33 min hektar ərazisi çirklənib. İndi isə çirkəlnməyə baxmayaraq həmin ərazilərdə evlər tikilir. Çirklənmənin aradan qaldırılması üçün bir neçə yüz milyon dollar vəsait tələb olunur ", - deyə o qeyd edib.

V. İşşenko bildirib ki, UNIDO Nazirliyə layihənin hazırlanmasında yardım edir. Hazırlanma müddəti 2 ildir. Layihənin işlənməsi çərçivəsində İdarəetmə komitəsi yaradılıb və onun tərkibinə müxtəlif orqanların nümayəndələri daxildir. Seminarın gedişində bu istiqamətdə Azərbaycanın problemləri və onların aradan qaldırılmasının davam etdirilməsi müzakirə olunacaq. Stokholm konvensiyası 2001-ci ildə qəbul olunacaq və dünyanın 151 hökuməti tərəfindən imzalanıb və 108 ölkədə ratifikasiya olunub. Azərbaycan konvensiyaya 2003-cü ildən qoşulub.

Xəbər lenti

Xəbər lenti