...

AZƏRBAYCANIN QILINCOYNATMA ÜZRƏ KOMANDASI İSTANBULDA FƏRQLƏNİB

Cəmiyyət Materials 27 Sentyabr 2005 15:47 (UTC +04:00)

Azərbaycanın qılıncoynatma üzrə komandası İstanbulda keçirilən Türkiyə Açıq Kubokunda 4 medal qazanıb.

Trend in məlumatına görə, kişilər arasında uğura Ramin Əmirov qazanaraq yarışın finalına çıxıb. Lakin həlledici döyüşdə o, çox güman ki, türk muşketyorunun xeyrinə bir neçə qərar çıxaran hakimin "köməyi" ilə meydan sahibinə uduzub.

Qadınlar arasında turnirdə Aida Ələsgərova da finalda türk idmançısına uduzaraq "gümüş" mükafat alıb. Üçüncü yerə Səbinə Əmrahzadə çıxıb. Mükafatçılar üçlüyünə Sevil Bünyatova da qoşulub.

Qeyd etmək lazımdır ki, qılıncoynadanların İstanbul turnirində çıxışı onların Qran-Pri turnirinə hazırlıq mərhələsidir.

Xəbər lenti

Xəbər lenti