...

BƏRK TULLANTILARIN YENİDƏN İSTİFADƏ STRATEGİYANIN İŞLƏNMƏSİ BAŞA ÇATIR

Cəmiyyət Materials 27 Sentyabr 2005 16:51 (UTC +04:00)

Bərk tullantıların yenidən istifadə strategiyasının işlənməsi başa çatır. Bu barədə Trend ə sentyabrın 27-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib. Onun sözlərinə görə, strategiya çərçivəsində bir neçə variant nəzərdə tutulub. Onlardan biri emal zavodları şəbəkəsinin yaradılmasıdır. Burada tullantılar çeşidlənərək təkrar emala göndəriləcək. Təkrar emal olunmayacaq tullantılar isə poliqonlarda torpağa basdırılacaq.

H.Bağıorv onu da vurğulayıb ki, nazirlik alternativ yanacaq kimi neft sənayesi tullantılarının istifadə ediləcəyi yeni elektrik stansiyasının tikilməsini planlaşdırır.

"Belə stansiyanın tikintisinə təxminən $100-110 mln tələb olunur. Bu elektrik stansiyasının dəyəri digərlərindən bir qədər baha olsa da, həm ətraf mühit, həm də generasiya ilə işləyən obyektlərin genişləndirilməsi üçün faydalıdır", - deyə o qeyd edib.

Stansiyanın istehsal gücü 112 MVt ola bilər. Elektrik enerjisinin istehsalı üçün yanacağın 20%-i ənənəvi, yerdə qalan hissə isə yandırılmış tullantılar olacaq. "Stansiyada 250-300 min ton tullantının emalı mümkün olacaq. Bu, ilk növbədə, ildə 400 min ton tullantının yığıldığı Bakı və Abşeron yarımadasına aiddir", - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti