...

QANUNVERİCİLİKDƏ OLAN BOŞLUQLAR TƏBİİ EHTİYATLARDAN QEYRİ-QANUNİ İSTİFADƏ İLƏ MÜBARİZƏDƏ EKOLOGİYA NAZİRLİYİ ÜÇÜN PROBLEMLƏR YARADIR

Cəmiyyət Materials 27 Sentyabr 2005 17:17 (UTC +04:00)

Qanunvericilikdə olan boşluqlar təbii ehtiyatlardan qeyri-qanuni istifadə ilə mübarizədə ekologiya nazirliyi üçün problemlər yaradır. Sentyabrın 27-də bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Trend ə bildirib.

Onun sözlərinə görə, yeraltı sərvətlərdən istifadə üzrə bundan öncə mövcud olan lisenziyaların ləğv edilməsi problemlər yaradır. "Nazirliyin icazəsi olmadan ərazilər icarəyə verilir və orada ehtiyatların çıxarılması işləri aparılır.Bu yaxınlarda İsmayıllı rayonunda mərmər yatağının qeyri-qanuni istifadəsi halı ləğv edilib" -deyə o qeyd edib.

H.Bağırov qeyd edib ki, nazirlik Nazirlər Kabinetinə lisenziyaların bərpa edilməsinə dair təkliflər təqdim edib və yaxın vaxtlarda müvafiq qərarın qəbul olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti