...

NAZİM İBRAHİMOV: GÜRCÜSTANIN MÜVAFİQ DÖVLƏT ORQANLARI İLƏ ƏMƏKDAŞLIĞA DAİR RAZILIQ ƏLDƏ ETDİK

Cəmiyyət Materials 28 Sentyabr 2005 19:42 (UTC +04:00)

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılaprla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov sentyabrın 28-də Gürcüstanın təhsil narizi Aleksandr Lomaya, xalq müdafiəçisi (ombudsman)

Sozar Xubari, Kvemo-Kartli bölgəsinin qubernatoru ilə və axşam saatlarında Parlamentin spikeri Nino Burcanadze ilə görüşüb.

Görüşləri barədə Trend agentliyinə açıqlama verən Nazim İbrahimov bildirib ki, hər bir rəsmi şəxslə danışıqları zamanı Gürcüstanda yaşayan soydaşlarmızın problemləri, yaşayışı, müxtəlif sahələrdə üzləşdikləri çətinliklərini onların diqqətinə çatdırıb. N.İbrahimov qeyd edib ki, Gürcüstan azərbaycanlılarının torpaq, təhsil və digər sosial problemləri barədə müzakirələr aparıblar. Onun sözlərinə görə, keçirdiyi görüşlərdə azərbaycanlalıran bu problemlərinin aradan qaldırılması ilə bağlı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Gürcüstanın müvafiq dövlət orqanları ilə əməkdaşlıq edilməsinə dair razılıq əldə olunub.

"Gürcüstanın bütün dövlət orqanları, yerli icra strukturları azərbaycanlıların çoxsaylı problemlərinin olduğunu etiraf etdilər, onların diqqətinə çatdırdığım faktlarla razılaşdılar. Gürcüstanda yaşayan azərbaycanlıların sosial problemləri həlli, onlarla bağlı baş verən kriminal hadisələrin, cinayətlərin üstünün açılması, soydaşlarımızın hüquq-mühafizə orqanları ilə olan problemlərini, münasibətlərini nizamlanması və digər məsələlər rəsmi şəxslərlə görüşlərimdə qaldırdığım əsas məsələlər oldu. Həm ombudsman, həm təhsil naziri, həm qubernator soydaşlarımızın problemlərinin həlli üzrə daha fəal şəkildə məşğul olacaqlarını bildiriblər. Eyni zamanda dedilər ki, bu problemlər indinin deyil, 10 illərlə yığılıb qalmış məsələlərdir. Ona görə də bir günün içində bunların həlli mümkün deyil. Mən də Azərbaycan hökumətinin bu məsələdə anlayış göstərdiyini və vəziyyəti başa düşdüyünü dedim"-deyə N.İbrahimov bildirib.

Komitə sədrinin sözlərinə görə, Cavaxetiya bölgəsində yaşayan ermənilərdən fərqli olaraq, Gürcüstanda yaşayan azərbaycanlılar heç bir muxtariyyət, müstəqilliy və digər siyasi tələblər irəli sürmürlər. Onlar yalnız öz sosial problemlərinin həllini istəyirlər.

Xəbər lenti

Xəbər lenti