...

ÜMUMDÜNYA SƏHİYYƏ TƏŞKİLATI HEMATOLOQLAR ÜÇÜN SEMİNAR KEÇİRİB

Cəmiyyət Materials 29 Sentyabr 2005 11:54 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sentyabrın 26-28-də qan donorluğu mövzusuna dair seminar keçirib. Azərbaycanın Səhiyyə Nazirliyindən Trend ə verilən məlumata görə, seminar səhiyyə sahəsində islahatlar tədris mərkəzində keçirilib.

Bakı və regionlardan olan hematoloqlar üçün nəzərdə tutulmuş seminarda bu beynəlxalq təşkilatın regional müşaviri Valentina Hafnerin rəhbərlik etdiyi ekspertlər qrupu iştirak edib. Tədbirdə donorluq, qan köçürmə stansiyaları və şöbələrinin işinin təşkili, etiologiya, patogenez, klinika, qan sistemi xəstəliklərinin müalicəsi, qanaxma, həmçinin, iştirakçıların immun hematologiyanın müasir nailiyyətləri ilə tanışlığına dair məsələlər müzakirə olunub.

Nazirlikdə o da qeyd olunub ki, bu istiqamətdə ÜST ilə əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti