...

CÜDOÇU NİCAT ŞIXƏLİZADƏ AVROPA ÇEMPİONUDUR

Cəmiyyət Materials 1 Oktyabr 2005 11:54 (UTC +04:00)

Azərbaycanlı cüdoçu Nicat Şıxəlizadə Zaqrebdə keçirilən gənclər arasında Avropa birinciliyində qızıl medal qazanıb.

Trend in xəbər verdiyi kimi, 60 kq çəki dərəcəsində çıxış edən idmançı Ukrayna, Gürcüstan və Alanmiyadan olan rəqiblərini məğlub edərək finalda sloveniyalı Roka Draksiçlə üz-üzə gəlib. Beləliklə, dünya çempionatının bürünc mükafatına gənclər forumunda 3-cü yer də əlavə olunub.

Qızlar arasında qitə birinciliyinin qalibi Ramilə Yusubova isə komanda yoldaşının bu uğurunu davam etdirmə bilməyib. O, ilk qarşılaşmada qalib gəlsə də, ikinci dövrədə məğlubiyyətlə üzləşib.

Bu gün mükafat uğrunda mübarizəyə Araz Muxtarov (73 kq) və Sona Əhmədli (63 kq) qoşulacaqlar.

Xəbər lenti

Xəbər lenti