...

RASİM ƏKBƏROVUN STRASBURQDA AKSİYA KEÇİRƏN QOHUMLARI AŞPA PAYIZ SESSİYASININ İŞTİRAKÇILARI ARASINDA VƏRƏQƏLƏR YAYIB

Cəmiyyət Materials 3 Oktyabr 2005 12:30 (UTC +04:00)

Oktyabrın 3-də həbsdə olan Gəncə şəhər polis idarəsinin sabiq rəisi Rasim Əkbərovun yaxın qohumları Strasburqda aksiya keçiriblər. Bu barədə Trend ə məhkumun qardaşı Rəfael Əkbərov məlumat verib.

R.Əkbərov: "Aksiya Avropa Şurası Parlament Assambleyasının payız sessiyası keçirilən binanın qarşısında keçirilib.

Strasburqda yaşayan 20 nəfərə yaxın qohumumuz Sessiya başlamazdan əvvəl binanın qarşısına yığışıb və heç bir maneçiliklə qarşılaşmadan binaya yaxınlaşan sessiya iştirakçılarına vərəqələr paylayıb.

Müraciət vərəqələri, həmçinin, Avropa Şurasının baş katibi Terri Devisə və AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Maykolm Bryusa şəxsən təqdim edilib".

R.Əkbərov onu da bildirib ki, müraciət vərəqələrində Rasim Əkbərovun həbsinin əsassız və qanunsuz olduğu göstərilib. "Rasim Əkbərovla eyni vaxtda və cinayətlərə görə həbs edilmiş şəxslərin azadlığa buraxıldığını, lakin onun ağır xəstəliyi olmasına baxmayaraq, hələ də həbsdə saxlanıldığını qeyd etmişik" - deyə Rəfael Əkbərov söyləyib.

Qeyd edək ki, Rasim Əkbərov bir neçə il əvvəl dövlət çevrilişinə cəhd, qanunsuz silah-sursat saxlama və s. ittihamlarla həbs olunaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

Xəbər lenti

Xəbər lenti