...

İNZİBATİ HƏBS OLUNMUŞ ŞƏXSLƏRİN SAXLANMA MƏNTƏQƏSİNDƏ MONİTORİNQ KEÇİRİLİB

Cəmiyyət Materials 3 Oktyabr 2005 12:36 (UTC +04:00)

Oktyabrın 3-də Avropa Şurası İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov inzibati həbs olunmuş şəxslərin Qaraşəhərdə yerləşən saxlanma məntəqəsində monitorinq keçirib. Bu barədə Trend ə hüquq müdafiəçisi məlumat verib.

E.Behbudov: "Bilirsiniz ki, oktyabrın 1-də "Azadlıq" blokunun keçirdiyi aksiya zamanı 14 nəfər həbs edilib və məhkəmə qərarı ilə barələrində inzibati cəza müəyyən edilib. Hazırda həmin şəxslər Qaraşəhərdəki inzibati həbs olunmuşların saxlanma məntəqəsində saxlanılırlar.

Onlara hər hansı təzyiqlərin olub-olmaması və saxlanma şəraiti ilə tanış olmaq üçün məntəqədə montiorinq keçirdik. Dustaqlar saxlanma şəraitləri ilə bağlı heç bir narazılıq etmədilər. Narazılıq yalnız polis idarələrinə aparılarkən polis əməkdaşları tərəfindən qarşılaşdıqları təhqiramiz münasibət və söyüşlə bağlı olub".

Hüquq müdafiəçisi onu da bildirib ki, yaxın iki gün ərzində Abşeron və Əzizbəyov Rayon Polis İdarələrinin, o cümlədən Əzizbəyov rayonu ərazisindəki polis bölmələrinin müvəqqəti saxlanma yerlərində yoxlamalar aparılacaq.

Xəbər lenti

Xəbər lenti