...

"SƏRHƏDSİZ HƏKİMLƏR" AZƏRBAYCANDADIRLAR

Cəmiyyət Materials 3 Oktyabr 2005 13:06 (UTC +04:00)

Oktyabrın 3-də "Sərhədsiz həkimlər" beynəlxalq humanitar təşkilatının mütəxəssisləri Bakıya gəliblər. Onlar Azərbaycanın şimal-qərb regionunda boğaz şişindən əziyyət çəkən xəstələrin müayinəsi və müalicəsi üzrə bu vaxta qədər görülmüş işlərin nəticələrini yoxlayacaqlar. Yunanıstanın Azərbvycandakı səfirliyindən Trend ə verilən məlumata görə, 15 nəfərdən ibarət nümayəndə heyətinin tərkibinə həkimlər və mütəxəssis-endokrinoloqlar daxildir.

Səfər zamanı onlar Şəki, Zaqatala, Qax və Oğuz rayonlarında olacaq, təşkilatın xüsusi proqramları çərçivəsində əvvəllər də müxtəlif tibbi yardımın göstərildiyi boğaz şişindən əziyyət çəkən xəstələri müayinə edəcəklər.

Xatırladaq ki, "Sərhədsiz həkimlər" beynəlxalq humanitar təşkilatı 1999-cu ildən tibbi xidmətlərə ehtiyacı olan az təminatlı şəxslərə yarldım göstərir. Proqoamın həyata keçirilməsi çərçivəsində Azərbaycanda min uşaq və böyüyə müxtəlif tibbi yardım göstərilib.

Xəbər lenti

Xəbər lenti