...

İRİNA VİNER: AZƏRBAYCAN YIĞMASI YAXŞI NƏTİCƏLƏR ƏLDƏ ETMƏYƏ CƏHD EDİR

Cəmiyyət Materials 3 Oktyabr 2005 17:23 (UTC +04:00)

"Azərbaycan yığması beynəlxalq reytinqdə heç vaxt lider olmasa da, yaxşı nəticələr əldə etməyə çalışır". Bu barədə dünya çempionatının təntənəli açılış mərasiminin ərəfəsində baş məşqçi İrina Viner bildirib.

Trend in məlumatına görə, İrina Viner finala qədər yolun onun yetirmələri üçün çox çətin olacağını qeyd edib. "Məsələ burasındadır ki, yarış zalı yalnız bir dənədir. Buna baxmayaraq, Bakı çox yaxşı, qonaqpərvər şəhərdir. Burada iki dünya Kuboku keçirilib və onlar yüksək səviyyədə keçib. Əminəm ki, çempioatın təşkili də narazılıq yaratmayacaq", - deyə məşqçi bildirib.

Xəbər lenti

Xəbər lenti