...

YAXIN VAXTLARDA AZƏRBAYCAN ÇİNİN TURİST SƏYAHƏTLƏRİ ÜÇÜN TÖVSİYƏ ETDİYİ ÖLKƏLƏR SİYAHISINA DAXİL EDİLƏCƏK

Cəmiyyət Materials 4 Oktyabr 2005 14:57 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycan Çinin turist səyahətləri üçün tövsiyə etdiyi ölkələr siyahısına daxil ediləcək.AR gənclər, idman və turizm nazirliyində Trend ə bildirilib ki, Azərbaycan ilə Çin arasında bu barədə razılaşma ötən ilin sonunda nazir Əbülfəz Qarayevin Çinə rəsmi səfəri zamanı əldə olunub.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan tərəfi bu imkanı Çindən Azərbaycana turist axınının artırılması perspektivi kimi nəzərdən keçirir.Azərbaycan ilə Çin arasında turist mübadiləsi mövcuddur, amma bu, daha çox ticarət turizmidir.

Azərbaycan tərəfi bu ölkənin aparıcı turizm şirkətləri ilə sıx əməkdaşlıq etmək niyyətindədir.Nazirlik artıq ölkənin iş və investisiya imkanları üzrə bütün sənədləri hazırlayıb Çin tərəfinə təqdim edib və ümid edir ki, Çin ilə son saziş ilin sonunadək imzalanacaq.

Xəbər lenti

Xəbər lenti