...

AZƏRBAYCAN VƏ TÜRKİYƏ TƏLƏBƏ MÜBADİLƏSİNİ GENİŞLƏNDİRƏCƏK

Cəmiyyət Materials 4 Oktyabr 2005 17:47 (UTC +04:00)

Azərbaycan ilə Türkiyə arasında tələbə mübadiləsinin genişləndirilməsi, onların sosial problemlərinin həlli məsələləri AR təhsil naziri Misir Mərdanovla Türkiyənin ali təhsil nazirliyinin müşaviri İsa Yeşmani və həmin strukturun idarə rəisi, xanım Hülya Pişiricininin görüşündə müzakirə edilib. Bu barədə Trend ə AR təhsil nazirliyində bildirilib.

Tərəflər bütünlükdə təhsil sahəsində əməkdaşlığın inkişafı, birgə tədris proqramlarının və dərsliklərin tərtib edilməsi məsələlərini nəzərdən keçirmiş, konkret təkliflərlə çıxış etmişlər.

Qonaqlar nazirlə Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan Türkiyə tələbələrinin problemlərinin həlli yollarını müzakirə edib.

Xəbər lenti

Xəbər lenti