...

MÜSƏLMANLARIN MÜQƏDDƏS RAMAZAN AYI BAŞLADI

Cəmiyyət Materials 5 Oktyabr 2005 14:22 (UTC +04:00)

Oktyabrın 5-də Məhəmməd peyğəmbərin ardıcılları üçün müqəddəs Ramazan ayı başlayıb. Qafqaz Müsəlmanları İdarəsindən Trend ə verilən məlumata görə, Ramazan ayı noyabrın 3-nə kimi davam edəcək.

QMİ-nin məlumatında bildirilir ki, Ramazan - sınaqlar, dəyişiklik və ümid ayıdır. Bu ay ərzində dindarlara sutkanın işıqlı saatlarında yemək, içmək, "hər hansı bir substansiyanı" qəbul etmək, siqaret çəkmək, qoxulamaq, qadınlarla yaxınlıq etmək olmaz. "Ağ və qırmızı sapı bir-birindən ayırmaq mümkün olmadıqda", yəni hava qaralmağa başlayarkən məhdüudiyyətlər aradan götürülür.

İslamın 5 "dayağı"ndən biri olan oruca bütün dindarların riayət etməsi vacibdir. Ondan ağır xəstə olan adamlar, ahıl qocalar, hamilə qadınlar, səyyahlar və döyüş meydanındakı hərbçilər azad olunur. Lakin onlar da sonrada oruca əməl etməlidirlər.

Müqəddəs Ramazan ayı daxili təmizlənmə ayıdır. Hesab edilir ki, Allah insanın günahlarını o zaman bağışlayar ki, o, vaxtını dua oxumaqla və xeyirxah işlər görməklə keçirirsə, məsələn, ehtiyacı olanlara gömək edir, xeyriyyə məqsədləri ilə ianə verir və s.

QMİ-nin Şamaxı rəsədxanasının hesablamalı əsasında hazırlanan cədvəlinə görə, oktyabrın 5-də Bakı ərazisində iftar vaxtı saat 19.35-dir.

Ramazanın ikinci günü- oktyabrın 6-da səhər namazı və naharının (imsaq) saat 06.32-də, axşam namazı və iftar isə saat 19.33-də olacaq. Xatırladaq ki, rəsədxananı apardığı hesablamalara görə, ölkənin regionlarında zaman Bakı vaxtından daha sonradır.

Xəbər lenti

Xəbər lenti