...

TAYKVANDO ÜZRƏ AZƏRBAYCAN YIĞMASI RİQAYA YOLA DÜŞÜB

Cəmiyyət Materials 5 Oktyabr 2005 15:24 (UTC +04:00)

Taykvando üzrə Azərbaycan yığması bir neçə gündən sonra Avropa çempionatının başlayacağı Riqaya yola düşüb.

Komandanın baş məşqçisi Ələkbər İmaməliyevin Trend ə bildirdiyi kimi, yığmanın tərkibinə dünya və Avropa çempionu Niyaməddin Paşayev (67 kq), planet birinciliyinin mükafatçısı Zahid Məmmədov (54 kq), qitə çempionatının medalçısı Elnur Amanov (58 kq), İlkin Şahbazov (62 kq), Fəqan Umudov (72 kq), Afina Olimpiadasının iştirakçısı Rəşad Əhmədov (78 kq), Təvəkkül Bayramov (84 kq), Şahrun Yusifova (47 kq), Arzu Bağırova (51 kq), Aynurə Məmmədova (55 kq) və Günay Ağakişiyeva (59 kq) daxildir.

Ə.İmaməliyevin sözlərinə görə, bu çempionatda onun yetirmələrinin əsas rəqibləri Fransa, İspaniya və Türkiyə komandaları ola bilər.

Xəbər lenti

Xəbər lenti