...

OMBUDSMAN SUMQAYITDA SEMİNAR-MÜŞAIİRƏ KEÇİRİB

Cəmiyyət Materials 6 Oktyabr 2005 12:51 (UTC +04:00)

"Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Sumqayıt şəhərində seminar-müşavirə keçirib". Trend xəbər verir ki, müşavirədə Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının dairə seçki komissiyaları sədrləri, yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları nümayəndələri iştirak ediblər.

Seminarın əsas məqsədi yerlərdə seçki hüququ, səsvermə qaydaları, müşahidəçilərin hüquq və vəzifələri barədə maarifləndirmə işinin aparılması, eyni zamanda əhalinin şəxsiyyət və seçici vəsiqələri ilə təmin olunması vəziyyətinin öyrənilməsi olub. E.Süleymanova qeyd edib ki, seçkilərə hazırlıq baxımından həlledici ay olan oktyabr ayı ərzində əhali şəxsiyyət və seçici vəsiqələri ilə tam təmin olunmalıdır.

Tədbirdə Mrəkəzi Seçki Komissiyasının hüquq şöbəsinin müdiri İ.Hacıyeva müşahidəçilərin səlahiyyətləri, seçici siyahılarının hazırlanması, səsvermə qaydası, Daxili İşlər Nazirliyinin nümayəndəsi A.Rüstəmov ictimai asayişin mühafizəsi, seçkilərlə bağlı polis orqanlarının vəzifələri və səlahiyyətləri, Müvəkkil Aparatının rəhbəri R.Rəhimov isə seçki hüququnun müdafiəsi mövzusunda çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti