...

OMBUDSMAN İCAZƏSİZ AKSİYA ZAMANI İNZİBATİ QAYDADA HƏBS OLUNANLARLA GÖRÜŞÜB

Cəmiyyət Materials 6 Oktyabr 2005 13:04 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Qaydada Həbs Olunanların Saxlanılma Məntəqəsinə baş çəkib. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat verilib.

E.Süleymanova icazəsiz mitinqin keçirilməsinə görə məhkəmənin qərarına əsasən müxtəlif müddətlərə inzibati qaydada həbs olunanlarla görüşüb. Həmin şəxslərlə söhbət zamanı onlar saxlanılma şəraiti ilə bağlı şikayətlərinin olmadığını və məntəqədə zorakılıqla qarşılaşmadıqlarını bildiriblər. Dustaqlar yalnız məhkəmələrin çıxardığı qərarlardan və saxlanılmalarından şikayətləniblər.

Görüş zamanı Obmudsman saxlanılan şəxslərə azad və şəffaf seçki keçirilməsinin, zorakılığa yol verilməməsinin zəruriliyini vurğulayıb. Sərbəst toplaşmaq azadlığını həyata keçirərkən qanunvericilik çərçivəsində hərəkət etməyi, hər kəsin öz hüquq və vəzifələrinə riayət etməsini tövsiyyə edib.

Xəbər lenti

Xəbər lenti