...

RAMAZAN AYI ƏRZİNDƏ QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ İFTAR SÜFRƏSİ VERƏCƏK

Cəmiyyət Materials 6 Oktyabr 2005 17:24 (UTC +04:00)

Bütün Ramazan ayı ərzində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) hər axşam azimkanlı şəxslər üçün iftar süfrəsi verəcək. Bu barədə Trend ə QMİ-dən məlumat verilib.

İdarədən bildiriblər ki, bu axşam naharlarında təkcə müsəlmanlar deyil, həmçinin digər dini icmaların nümayfəndələri də iştirak edə bilər.

İdarənin Şamaxı rəsədxanasının hesablamaları əsasında hazırlanmış cədvəlinə görə, oktyabrın 6-da Bakı ərazisində iftar vaxtı Baku 19.31-dir.

Ramazanın 3-cü günü- oktyabrın 7-də səhər namazının və naharının (imsaq) vaxtı saat 06.32, axşam namazı və iftar isə saat 19.33-dir. Xatırladaq ki, rəsədxananın hesablamalarına görə, ölkənin regionlarında bu vaxt Bakı vaxtından 5-14 dəqiqə daha sonradır.

Xəbər lenti

Xəbər lenti