...

3 AZƏRBAYCANLI TAEKVONDOÇU AVROPA ÇEMPİONATINDA MEDAL UĞRUNDA MÜBARİZƏ APARACAQLAR

Cəmiyyət Materials 6 Oktyabr 2005 17:38 (UTC +04:00)

3 azərbaycanlı taekvondo ustası oktyabrın 7-də Riqada başlayan Avropa Çempilonatının birinci günü çıxışlara başlayıblar.

Trend ə verilən məlumata görə, cümə günü Arzu Bağırov (51 kq), qitə birinciliyinin gümüş mükafatçısı Fəqan Umudov (72 kq) və İlkin Şahbazov (62 kq) yarışlara başlayacaqlar. Böyüklər arasında sonuncu Avropa birinciliyi ilk əhəmiyyətli start olduğuna görə onun üzərinə əlavə məsuliyyətlər düşür. Hərçənd ki, idmançıların özləri kifayət qədər qətiyyətlidirlər və səfər ərəfəsində yalnız medal uğrunda yarışacaqlarını bəyan ediblər.

Qeyd edək ki, ölkə yığmasının tərkibinə 11 idmançı daxildir ki, onlar 3 gün ərzində Latviyada kimin ən güclü olduğunu müəyyən edəcəklər.

Xəbər lenti

Xəbər lenti