...

ƏLƏKBƏR İMAMƏLİYEV: "TAEKVANDO KOMANDASININ KİFAYƏT QƏDƏR POTENSİALI VAR"

Cəmiyyət Materials 7 Oktyabr 2005 14:10 (UTC +04:00)

"Komandanın Riqadakı Avropa çempioanatında yenidən özünün ən yaxşı tərələrini büruzə vermək üçün kifayət qədər potensialı var". Bu barədə oktyabrın 7-də, Riqada yarışın başlaması əfəsində Azərbaycanın taekvando üzrə yığma komandasının baş məşqçisi Ələkbər İmaməliyev bildirib.

Məşqçi bildirib ki, təcrübəli idmançılarla yanaşı, özünü Latviyada sınamaq istəyən gənc idmançılarımız da var. "Böyükməkdə olan nəsil artıq müəyyən beynəlxalq təxcrübəyə malikdir. Bunun üçün İlkin Şahbazovun hər il güclü idmançıların toplaşdıqları İspaniyada keçirilən Açıq çempioanatdakı qədəbədən danışmaq kifayətdir", - deyə mpütəxəssi bildirib.

Xatırladaq ki, sonuncu Avropa birinciliyində yığmamız bir qızıl, bir gümüş və iki bürünc mükafat qazanıb.

Xəbər lenti

Xəbər lenti