...

ALPİNİST FAİQ MURSAQULOV KİLİMANCAROYA EKSPEDİSİYAYA DƏVƏT ALIB

Cəmiyyət Materials 7 Oktyabr 2005 15:38 (UTC +04:00)

Azərbaycanlı alpinist Faiq Mursaqulov dünyanın iki ən məşhur zirvəsi olan Kilimancaro (7895 m) və Akokonquaya (6994 m) beynəlxalq ekspedisiyada iştirak etmək dəvəti alıb.

Trend in xəbər verdiyi kimi, Moskva alpinizm və qayalara çıxma Federasiyası "Yeddi zirvə" layihəsini həyata keçirən "Alpindustriya" firması ilə birlikdə Mik-Kinliyə səfər zamanı özünü yaxşı göstərmiş idmançını yenidən "Macəralar komandasına" çağırmağı qərara alıb. Noyabrın 5-nə qədər F.Mursaqulovun bu geniş miqyaslı ekspedisiyada iştirakı rəsmi qaydada təsdiqlənməlidir.

Komandanın tərkibi hələ tam müəyyən olunmayıb. Lakin burada həmin zirvələri fəth etmək istəyən təcrübəli alpinistlərin yer alacağı məlumdur.

Xəbər lenti

Xəbər lenti