...

BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASI RESPUBLİKA BANKININ RƏHBƏRLİYİ İLƏ GÖRÜŞ KEÇİRİB

Cəmiyyət Materials 7 Oktyabr 2005 16:58 (UTC +04:00)

Beynəlxalq Maliyyə Korporasiyasının beynəlxalq maliyyə bazarları məsələləri üzrə eksperti Donna M.Kolako (Donna M.Colaco) Respublika bankının rəhbərliyi ilə görüşüb. Bankdan Trend ə verilən məlumata görə, görüş zamanı ətraf muhitin mühafizəsi və sosial prinsiplərə əməl olunması problemi üzrə BMK ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə bankı kredit departamentinin direktoru Fərhad Hacınski və riskləri idarəetmə departamentinin direktoru Aqşin Əmirov təmsil ediblər.

Bundan başqa, ətraf mühitin mühafizəsi və sosial məsələlər üzrə Respublika bankına texniki yardım məsələsi müzakirə olunub, bankda belə fəaliyyətin təcrübədən keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər əməkdaşlığın bu rakursda davam etdirilməsində maraqlı olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti