...

BƏDİİ GİMNASTİKA ÜZRƏ YIĞMAMIZ ÜMUMİ KOMANDA HESABINDA 5-Cİ YERİ TUTUB

Cəmiyyət Materials 7 Oktyabr 2005 18:30 (UTC +04:00)

Azərbaycanın bədii gimnastika üzrə yığması bu günlərdə Bakıda keçirəln dünya çempionatında ümumi komanda hesabında 5-ci yeri tutmaqda davam edir.

Trend in məlumatına görə, yarışın hələ başa çatmamış 3-cü gününü yekunlarına görə, komandamız İspayiya, İtaliya, Fransa, Qazaxıstan, Yaponiya və bir çox digər ölkələri geridə qoyaraq öz aktivində 123.950 xal toplayıb.

Komanda ip və topla fərdi tapşırıqları üzrə finala çıxan və kollektiv əlavə ballar qazandıran Anna Qurbanovanın sayəsində öz mövqeyini bir qədər də möhkəmləndirib.

Maraqlıdır ki, birinci beşlikdə qüvvələrin bölüşdürülməsində hələlik köklü dəyişiklik baş verməyib, Belə ki, yarışlara Rusiya liderlik edir, Ukrayna ikinci yerdədir, Belorus birinci üçlüyə daxildir, dördüncü mövqedə isə Bolqarıstan mövqe tutub.

Qeyd etmək lazımdır ki, cari dünya çempionatında yoxlama xalı hələləik 31 komanda qazanıb.

Xəbər lenti

Xəbər lenti