...

QILINC OYNATMA ÜZRƏ AZƏRBAYCAN YIĞMASI DÜNYA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏK

Cəmiyyət Materials 8 Oktyabr 2005 11:31 (UTC +04:00)

Qılınc oynatma üzrə Azərbaycan yığması oktyabrın 9-da dünya çempionatında iştirak etmək üçün Leypsiqə yola düşüb.

Milli Federasiyanın vitse-prezidenti Yaşar Məmmədovun Trend ə billdirdiyinə görə, komandanın tərkibinə Rəhim və Ramin Əmirovlar və Ruslan Əzizov daxildirlər. Qadınlardan öz gücünü Yelena Jemayevadan sonra yığmanın lideri Janna Muratqızı sınayacaq. Lakin Y.Məmmədov hesab edir ki, idmançılara mundialda yüksək yer uğrunda mübarizə aparmaq çətin olacaq, buna görə də bu çempionatda onlar üçün ən əsas beynəlxalq təcrübə toplamaqdır.

"Dünya çempionatında məşhur qılınc oynadanlar iştirak edəcək və bu, onların Olimpiadadan sonra ilk startı olacaq. Buna görə də belə vəziyyətdə yüksək nəticələrə ümid etmək qeyri-mümkündür", - deyə vitse-prezident sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti