...

ANNA QURBANOVA ÇOXNOVÇÜLÜK ÜZRƏ YARIŞLARA İPLƏ START VERƏCƏK

Cəmiyyət Materials 8 Oktyabr 2005 12:44 (UTC +04:00)

Azərbaycanlı gimnast Anna Qurbanova Bakıda keçirilən dünya çempionatında çoxnovçülük üzrə yarışlara iplə çıxışı ilə başlayacaq.

Trend in xəbər verdiyi kimi, püşkatmaya əsasən, o, xalça üzərinə beşinci, bolqarıstanlı Elizabet Paysiyeva, belorus Lyubov Çarkaşina, ukraynalı Anna Bessonova və qazaxıstanlı Aliyə Yusupovanın çıxışları başa çatdıqdan sonra çıxacaq. Lentlərlə çıxış edəcək Dinara Gimatova isə 12-cidir.

Qeyd etmək lazımdır ki, gimnastlar bütün əşyalarla çıxış edəcəklər, öz məharətini gürzlərlə göstərəcək D.Gimatova isə çoxnövçülük üzrə yarışları başa vuracaq.

Çoxnövçülük üzrə yarışların favoriti isə artıq aktivində dünya çempionatının 3 qızıl medalı olan rusiyalı Olqa Kapranovadır.

Xəbər lenti

Xəbər lenti